“FETÖ 170 ölkədə fəaliyyətini hələ də davam etdirir”.
“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfirliyinin daxili işlər müşaviri Mustafa Çakır Türkiyənin 15 İyul – “Demokratiya və Milli Birlik Günü” münasibətilə Bakıda keçirilən konfransda səsləndirib.
Onun sözlərinə görə, FETÖ-nün əsas Mərkəzi Amerika, daha sonra Almaniyadır:
“Onlar burada erməni diasporu, eyni zamanda cinsi azlıqlardan təşkil olunmuş quruluşlarla əməkdaşlıq edirlər”.
“Məsələn, Almaniyada FETÖ terror təşkilatının üzvlərinə maddi yardımlar edilir, işlə təmin olunmasına kömək edirlər”, – diplomat qeyd edib.
M.Çakır vurğulayıb ki, Maarif Vəqfi 230 tədris mərkəzini FETÖ-nün caynaqlarından qurtararaq öz himayəsinə alıb.
www.102info.az