“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti ABŞ turunda “Barselona”ya qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə fikirlərini bildirib.
İtaliyalı mütəxəssis bu qarşılaşmanın dostluq matçı olmayacağını söyləyib:
“El-Klassiko”nun harada keçirilməsinin əhəmiyyəti yoxdur. Belə oyunlar dostluq oyunu deyil, onlar xüsusidir. Əminəm ki, bu matçda fantastik atmosfer olacaq. “Real Madrid” və “Barselona” arasında heç vaxt dostluq oyunu olmayıb və olmayacaq”, – deyə Ançelotti söyləyib.
“El-Klassiko” iyulun 30-da Texas ştatının Arlinqton şəhərində keçiriləcək və Bakı vaxtı ilə 00:00-da başlayacaq.
“Kral klubu” bu ayın 23-də “Milan”, 26-da “Mançester Yunayted” və avqustun 2-də “Yuventus”la qarşılaşacaq.
Mənbə: ESPN
www.102info.az