Bakıda evlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Suraxanı rayonu ərazisində iki evdən ümumilikdə 3100 manat dəyərində məişət əşyaları oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.
www.102info.az