Liviyada qəbilələrin etirazından sonra neft yatağının istismarı dayandırılıb

Dünya


Liviyanın iki ən böyük neft yatağı – “Əl-Fil” və “Əş-Şarara”da xammal istehsalı yerli qəbilə nümayəndələrinin etirazları səbəbindən dayandırılıb.

Bu barədə Liviya telekanalları məlumat yayıb.

Liviyanın cənub-şərq bölgəsindəki qəbilə liderləri bəyanat yayaraq bildiriblər ki, etirazçıların hərəkətlərinə keçmiş maliyyə naziri Fərəc Bumatarinin həbsi səbəb olub.

Qeyd olunur ki, hələlik Liviya hökuməti etirazçıların tələbinə münasibət bildirməyib.

Mənbə: Alhadath.net

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir