“Mən bu qızımızın səsini dinlədim, çox xoşuma gəldi. Həqiqətən bu, uşaq oxumağı deyil”.
Bunu Xalq artisti Mənsum İbrahimov sosial şəbəkədə ifası ilə məşhurlaşan 10 yaşlı Nuray Şahsuvarlı haqqında danışarkən deyib.
Onun sözlərinə görə, Nurayın ifa etdiyi mahnı çox çətin, çox hissiyatlı mahnıdır: “Amma belə uşaqlar artıq fenomendirlər. Onlar sənət üçün doğulurlar”.
M. İbrahimov dərslərin açılmasından sonra Nurayı dəvət edəcəyini vurğulayıb: “Onunla məşğul olacağam, kömək edəcəyəm”.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az