Oğuz rayonunun Böyük Söyüdlü kəndində intihar hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Mikayıl oğlu Məmmədkərimov yaşadığı evdə özünü asaraq intihar edib.
Məlumata görə, 51 yaşlı C.Məmmədkərimov üç gün əvvəl oğluna toy edibmiş.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az