Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaq xəsarəti alıb.
APA xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stansiyasının qarşısında qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Mirhakim Akif oğlu Həsənov tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı Həsənov iki bıçaq xəsarəti alıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.
www.102info.az