Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə Qanun imzalayıb.
Prezident.az-ın məlumatına görə, bununla Prezident qeyd olunan sazişə dəyişiklik haqqında 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanmış Protokolu təsdiq edib.
www.RIA24.az