“Namaz qılan meyxanaçıların hamısı bu sənətə pis vərdişlə gəlib. Oğlum olsa, meyxanaçı olmasını istəməzdim. Meyxana avara sənətidir”.
Bu sözləri Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində meyxanaçı Asif Mərdəkanlı deyib.
Bir müddətdir gündəmdə olmayan meyxanaçı bunun səbəbini açıqlayıb: “Məndə üzünə salmaq yoxdur. Ona görə kölgədə qalmışam. Üzlülüyü bacarmıram”.
A.Mərdəkanlı gənc meyxanaçılara dəstək olduğunu, onların tanınmasına şərait yaratdığını dilə gətirərək, hazırda həmin gənc meyxanaçılar tərəfindən yada salınmamasından gileylənib.
www.RIA24.az