Xətaidə 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində yaralanıb

Cəmiyyət


Bu gecə paytaxt Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Xətai rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Samirə Ələsgər qızı Ələsgərova xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az