Cəlilabadda avtomobillə motosiklet toqquşub, xəsarət alanlar var – FOTO

Cəmiyyət


Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

VAZ-2107 markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində iki nəfər rayon sakini xəsarət alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love