Moskvanın cənubunda dolu ilə müşayiət olunan güclü leysan başlayıb.
Məlumata görə, şəhər sakinlərini pis hava şəraiti günorta saat ikidə yaxalayıb. Leysan, güclü külək və kiçik dolu şəhər küçələrini suya qərq edib.
Qeyd edək ki, bundan əvvəl Fövqəladə Hallar Nazirliyi Moskva sakinlərinə dolu və şimşək çaxacağı barədə xəbərdarlıq edib. Fövqəladə vəziyyət xəbərdarlığı şəhər ərazisində iyulun 19-da saat 11:00-dək qüvvədədir.
Mənbə: Mash
www.102info.az