Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı bütün iqtisadi sanksiyaların müddətini uzadıb.
Bu barədə Aİ Şurasının Brüsseldə yaydığı bəyanatda deyilib.
Məlumata görə, Şura bu gün Rusiya iqtisadiyyatının sektorlarına qarşı qadağanedici tədbirlərin altı ay – 2024-cü il yanvarın 31-dək uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, bu sanksiyalar ilk dəfə 2014-cü il avqustun 1-də qüvvəyə minib, o vaxtdan bəri “Minsk razılaşmalarının icrasında irəliləyişin olmaması” səbəbi ilə altı aydan bir uzadılıb.
2022-ci ilin fevral ayından etibarən Aİ Rusiyaya qarşı birtərəfli sanksiyalarını 11 yeni qadağa paketi ilə gücləndirib. Aİ-nin bu sanksiya rejimi qurumun tarixində ən böyük sanksiyalardır.
Mənbə: TASS
www.102info.az