Naxçıvan Muxtar Respublikasının (NMR) Babək rayonu ərazisindəki Uzunoba gölündə iki nəfər boğulub.
“Report” xəbər verir ki, batan şəxslər 1984-cü il təvəllüdlü Səadət Salman qızı Aslanlı, 1982-ci il təvəllüdlü Vüsal Əbülfəz oğlu Quliyevdir.
Onların meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən çıxarılıb.
2010-cu il təvəllüdlü Murad Mahir oğlu Mehdiyev isə xilas olunaraq xəstəxanaya yerləşdirilib.
www.102info.az