Xırdalanda yaşayış binasının qarşısı zəbt edilərək hasara alınıb.
Xezerxeber.az xəbər verir ki, sakinlər tikinti işlərindən sonra vəziyyətin çətinləşəcəyini və ciddi problemlərin olacağını deyiblər.
Abşeron rayonu, Xırdalan şəhərindəki “AAAF Park” Yaşayış Kompleksinin sakinləri bildiriblər ki, bir vətəndaş onların yaşadığı binanın qarşısını alaraq, hansısa obyektin tikilməsi üçün şərait yaradıb.
Onlar qeyd ediblər ki, həmin ərazini Ceyhun Musayev adlı bir sahibkar alıb və altı sot ərazidə obyektin tikilməsi üçün hazırlıq görür.
Ərazidə tikinti işlərini həyata keçirən iş icraçısı Şahin Aslanov məsələ ilə bağlı bildirib ki, ərazidə hər hansı obyekt tikilmir, sadəcə mülkiyyətçi özünə məxsus qanuni torpaq sahəsini hasarlatdırır.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsindən bildirilib ki, ərazidə hasarlanma işlərini görən Ceyhun Musayev mülkiyətçidir:
“İdarəyə hər hansı bir obyektin tikinti işlərinin aparılması ilə bağlı müraciət daxil olmayıb. Həmçinin, sözügedən ünvanda tikintiyə icazə verilməyib və verilməsi də nəzərdə tutulmayıb”.
Daha ətraflı süjetdə:
www.102info.az