Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbir zamanı Xanbulaq kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 250 kiloqram olan 2 900 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
www.102info.az