Priqojin Belarusda şirkət qeydiyyatdan keçirib

Dünya


“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) təsisçisi Yevgeni Priqojin Belarusda şirkət açıb.

Belarus Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin və Fərdi Sahibkarların Vahid Dövlət Reyestrində iyulun 19-da “Concord Management and Consulting” MMC şirkəti (VÖEN 791314882) qeydiyyata alınıb.

Şirkətin qeydiyyatı Belarusa köçürülmüş “Vaqner” ÖHŞ döyüşçülərinin səhra düşərgəsinin yerləşdiyi Osipoviç vilayətinin Tsel kəndində baş tutub.

MMC-nin əsas fəaliyyəti daşınmaz əmlakın idarə edilməsidir.

Mənbə: Interfax

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir