Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, qəza rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı minik avtomobili motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, 1985-ci il təvəllüdlü Əhliman Tağıyev ağır bədən xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb.
Hazırda Ə. Tağıyev travmatik şok vəziyyətindədir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az