Türkiyənin ən böyük gölü olan Van günü-gündən balacalaşır.
Məlumata görə, bu ilin yaz aylarında günəşli günlərin azalması, leysan yağışların çoxalması və temperaturun enməsi gölün suyunun artmasına səbəb olmuşdu. Lakin həddindən artıq isti keçən yay göldə buxarlanmanı sürətləndirib. Bölgədə olan bir çox irili-xırdalı göllər qurumaq həddinə gəlib. Van gölündə də suyun azalması müşahidə olunur.
Mənbə: Haber Global
www.102info.az