Bərdədə bir müddət əvvəl yanmış bazarın fəaliyyəti müvəqqəti dayandırılıb.
Xezerxeber.az-ın məlumatına görə, bazarın bağlanması sahibkarların narazılığına səbəb olub.
Əraziyə girişin qadağan olunmasına səbəb bazarın təhlükəsizlik standartlarına cavab verməməsidir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən bazarın giriş-çıxışına xəbərdarlıq lentləri vurulub.
Sahibkarlar bildirirlər ki, bazarın bağlanması onlara böyük maddi ziyan vurur.
Onlar qeyd ediblər ki, səbəb kimi bazarda yanğın təhlükəsizliyi qaydalarının pozulduğu iddia olunur. Amma onlar bununla razılaşmırlar.
Məsələyə bağlı “Bərdə Ticarət Mərkəzi” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən bütün nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Bazarın elektrik şəbəkəsi yenidən qurulur. Qaydalara və standartlara uyğun olaraq bütün işlər həyata keçirilərək bazarın fəaliyyəti davam etdiriləcək.
Daha ətraflı süjetdə:
www.102info.az