Şirvanda üzərinə mişar daşı düşən fəhlə ölüb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, iyulun 23-də Şirvan şəhərində yerləşən iaşə obyektlərindən birində 2001-ci il təvəllüdlü Nəriman Əhmədov fəhlə kimi divar söküntüsü işini icra edən zaman onun üzərinə mişardaşları düşüb.
O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
www.102info.az