Xudatda iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb

Cəmiyyət


Xudatda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xudat-Nabran avtomobil yolunun Müqtədir qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 və VAZ-2105 markalı minik avtomobillərinin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Elvin Mahir oğlu Səfərov, 2000-ci il təvəllüdlü Seyid İlham oğlu Şahbazov, 1999-cu il təvəllüdlü Ağa Ələddin oğlu Mirzəyev, 1991-ci il təvəllüdlü Elşad Hikmət oğlu Şahverdiyev və Aydın Məlik oğlu Əlimuradov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love