MİQ imtahanın vakansiya seçiminin nəticələri şəxsi səhifələrə göndərilib.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 22-25 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinin şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edilib ki, 41 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.
www.102info.az