Rusiya XİN: “Yaxın aylarda yeni əlaqələrin baş tutacağını səbirsizliklə gözləyirik”

Siyasət


“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində gedən proses asan irəliləmir, biz bunu görürük və başa düşürük, amma bunun alternativi yoxdur”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O vurğulayıb ki, dialoq üçün müsbət atmosferin olması vacibdir:

“Bunun üçün Ermənistan və Azərbaycanın ictimaiyyət nümayəndələrinin, ekspert icmalarının, dini liderlərin, habelə üçtərəfli parlamentlərarası təmasların olması mütləqdir. Yaxın aylarda yeni əlaqələrin baş tutacağını səbirsizliklə gözləyirik”.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir