Yasamal Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş vəkil Firdovsə Baxşəliyevaya hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəkil Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib. Ona 1000 manat cərimə cəzası təyin edilib.
Bildirilib ki, bir müddət əvvəl Yasamal Rayon Məhkəməsində baxılan mülki iş üzrə xanım müvəkkilinin vəkili qismində iştirak edən F.Baxşəliyeva qarşı tərəflə (müvəkkilinin əri E.Ağayevlə) mübahisə edib. Bu zaman vəkil məhkəmə zalında həmin şəxsə “ailəsindən, arvadından bixəbər” kimi sözlər deyib, həmçinin ona tərəf tüpürüb.
Məhkəmədə Firdovsə Baxşəliyeva E.Ağayevə tüpürmədiyini deyib. Həmçinin “ailəsindən, arvadından bixəbər” sözlərini təhqir mənasında işlətmədiyini bildirib.
Məhkəmə zalında çəkilmiş görüntülər sübut kimi dəyərləndirilib və orada təhqirə yol verilməsi qənaətinə gəlinib.
www.102info.az