Bakıda avtomobil motosikletçini vuraraq ağır xəsarət yetirib

Cəmiyyət


Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1977-ci il təvəllüdlü Fərid Nazim oğlu Məlikovun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Qəza zamanı motosikletin xəsarət alan sürücüsü təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, çənə və burun sümüklərinin sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir