Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Dünya


Azərbaycanın yeniyetmə boksçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığma 1 qızıl, 1 gümüş, 2 bürünc medal əldə edib.

Dörd ölkənin (Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan) ümumilikdə 155 idmançısının qatıldığı yarışda Məhəmməd Cəfərov (+80 kq) turnirin qalibi olub. Əli Baxışov (50 kq) ikinci, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) üçüncü yeri tutublar. Komandaya məşqçilər Ayaz Baxşıyev və Zaur Məmmədov rəhbərlik ediblər.

Azərbaycanlı referi Elxan Quliyev isə yarışın ən yaxşı hakimi seçilib.

Qeyd edək ki, Azərbaycan boksçuları Bakıya bu gün qayıdacaqlar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir