Amerika Birləşmiş Ştatlarının Tayvana yüz milyonlarla dollar məbləğində hərbi yardım göstərilməsi ilə bağlı bəyanat verməsi gözlənilir.
ABŞ Konqresi 2023-cü il büdcəsində Tayvana bir milyard dollara qədər yardım paketini təsdiqləyib. Təxminən 330 milyon dəyərində olan ilk paket iyulun 28-də açıqlanmalı idi. Tədarük ediləcək silah sistemlərinin siyahısı barədə məlumat verilmir.
Adları gizli saxlanılan rəsmilərin sözlərinə görə, paketə dörd MQ-9A kəşfiyyat təyyarəsi daxil ola bilər.
Mənbə: “Reuters”
www.102info.az