Füzuli rayonunda silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, dörd qumbaraatan, iki pulemyot və 1 510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.
www.102info.az