Ermənistanın İsraildəki keçmiş səfiri dələduzluqda şübhəli bilinərək saxlanıldı – FOTO

Dünya


Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və onun oğlu, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan dələduzluqda şübhəli bilinərək saxlanılıblar.

Onların dələduzluğu nəticəsində dövlətə 966 milyon dram (2,5 milyon dollar) dəyərində maddi ziyan dəyib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.

Məlumata görə, həmçinin A.P. adlı iş adamının da işə aidiyyəti olduğu qeyd edilir.

İş materiallarına görə, 2012-ci ildə üç şübhəli şəxs çoxfunksiyalı “Kitab aləmi” kompleksinin tikintisi üçün 800 milyon dram (2 milyon ABŞ dolları) dəyərində saxta investisiya proqramını hökumətə təqdim ediblər və Çaykovski adına musiqi məktəbinə məxsus 300 kvadratmetr torpaq sahəsini dələduzluq yolu ilə əldə ediblər.

Prokurorun qərarı ilə Armen Smbatyan xüsusilə külli miqdarda dələduzluq təşkil etməkdə, Sergey Smbatyan və A.P. isə xüsusilə külli miqdarda dələduzluqda ittiham olunurlar. Sonuncunun tapılması istiqamətində tədbirlər görülür.

Mənbə: Erməni KİV

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir