İsmayıllı şəhər sakini, 1969-cu il təvəllüdlü A.Səlimov şantajla üzləşdiyini bildirir.
“Qafqazinfo” xəbər verir ki, 54 yaşlı şəxs İsmayıllı RPŞ-yə müraciət edərək Qəbələ sakini olan 2 nəfər tərəfindən hədələndiyini bildirib.
O qeyd edib ki, Qəbələ sakini olan 1993-cü il təvəllüdlü R.D. və əri ondan hədə-qorxu yolu ilə pul tələb ediblər.
Şikayətçi həmin şəxslərin onu ölümlə hədələdiyini də əlavə edib.
Müraciətlə bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.
www.102info.az