Ağcabədidə qəza zamanı sürücü ağır xəsarət alıb.
APA-nın xəbərinə görə, hadisə rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2106 markalı 10-EZ-848 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək qarşıdan gələn “Hyundai Elantra” markalı 99-TN-592 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə VAZ-ın sürücüsü ağır bədən xəsarəti alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.



www.102info.az