Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun sözlərinə görə, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Bayan kənd sakinləri 1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı 1997-ci il təvəllüdlü Aytən Quliyevanın bədənin kəsilmiş deşilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:
“Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir”.
Xəsarət alanların əməliyyat olunduğu və vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hadisəni ailənin kürəkəni törədib.
www.102info.az