Bakıda meyit aşkarlandı

Cəmiyyət


Bakıda mənzildə meyit aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir