Baş Prokurorluğun rəsmisi: “Meşəli hadisələrilə bağlı cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb” – VİDEO

Cəmiyyət


“Meşəli hadisələri ilə bağlı cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb”.

Bunu baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov AzTV-də “Əsas məsələ” verilişində deyib.

O bildirib ki, Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb.

Həmin gün Baş Prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirildiyini bildirən qurumun rəsmisi müvafiq fotoları da təqdim edib.

Uzun müddət aparılmış istintaq nəticəsində Vaqif Çərkəzoviç Xaçatryanın şəxsiyyətinin müəyyən edildiyini qeyd edən İlqar Səfərov 2013-cü ildən cinayətkarın beynəlxalq axtarışa verildiyini bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir