Məhkəmə keçmiş arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı qərar çıxardı

Kriminal


Gəncə Apellyasiya Məhkəməsində Tovuzda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xaliq Rüstəmovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Tovuz rayonunda qeydə alınıb. Belə ki, ittiham aktına görə, 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanı bıçaqla qətlə yetirməsində şübhəli bilinib. X.Rüstəmova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir