Azərbaycanda məktəb direktorunun intim görüntüləri yayıldı: Əhali ayağa qalxdı – VİDEO

Cəmiyyət


Azərbaycanda vəzifəli şəxs intim görüntüləri ilə şantaj olunur.

Bakupost.az xəbər verir ki, Ucar rayonu, Alpoud kənd Şirvan Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov xüsusi proqram vasitəsilə intim xarakterli davranışlara sövq edilib və həmin görüntülər paylaşılıb.

Bu hadisə kənd camaatının ciddi narazılığına səbəb olub. Artıq neçə gündür ki, əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdılımasını tələb edir. Direktor isə kənd sakinlərindən sentyabr ayına kimi möhlət istəyib.

Bildirib ki, işdən çıxarılması üçün artıq ərizə yazıb.

Kənd sakinlərinin etiraz aksiyasının görüntülərini təqdim edirik:

Xatırladaq ki, bir neçə ildir ayrı-ayrı mütəşəkkil dəstə üzvləri “Facebook” sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib, texniki vasitələrin vasitəsilə xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirib, “Facebook Messenger” və “WhatsApp” tətbiqlərində həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər.

Bununla bağlı hüquq-mühafizə orqanları bir neçə dəfə böyük əməliyyatlar keçirərək, həmin dəstə üzvlərini ələ keçiriblər. Amma təəssüf ki, bu cinayətkar qrupun fəaliyyəti davam edir. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir