ABŞ-nin Kapitoli polisi içərisində silahlı şəxsin olması barədə məlumatla əlaqədar Senat binalarında axtarışlar aparıldığını bildirib.
“Bizim əməkdaşlarımız 911-in zənginə cavab olaraq, Senatın inzibati binalarında və ətrafında axtarışlar aparırlar”, – polisin məlumtında deyilir.
Qeyd olunur ki, hazırda mümkün atışmalarla bağlı təsdiqlənmiş məlumat yoxdur.
Bildirilir ki, fövqəladə hallar xidmətləri ABŞ Senatının ofisinin binasını mühasirəyə alıb və əməkdaşlarını təxliyyə edib.
Mənbə: TASS
www.102info.az