Avropalı jurnalist: “Meşəli qurbanlarının ədalət uğrunda mübarizəsini dəstəkləyirik” – FOTO

Müharibə


“Meşəlidə törədilmiş vəhşiliklərin qurbanları tərəfindən yazılan məktubu oxuduqdan sonra demək istəyirik ki, biz onların ədalət uğrunda apardıqları mübarizəni dəstəkləyirik. Srebrenitsa soyqırımının, Bosniyada bəşəriyyətə qarşı törədilən cinayətlərin qurbanları Meşəli vəhşiliklərinin qurbanlarının ağrı-acısını bölüşürlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanın “Srebrenitsa və Jepa Anklavları Anaları” Assosiasiyasının üzvü, Bosniya və Herseqovinanın İslam Cəmiyyətinin Media Mərkəzinin jurnalisti, “Preporod” qəzetinin redaktoru Ayşə Hafizoviç Hacimeşiç söyləyib.

“Sülh və ədalət üçün çağırış bizim ümumi çağırışımızdır”, – deyən jurnalist əlavə edib ki, bu, onlara bu cür vəhşiliklərin bir daha dünyanın heç bir yerində baş verməməli olduğunu xatırladır.

“Bu gün biz Azərbaycandakı dostlarımızın ədalətə çağırış mesajını dəstəkləyirik, çünki ədalət olmadan sülh mümkün deyil. Keçmişdə törədilmiş vəhşiliklərə göz yumulmamalı və onları törədənlər ədalət qarşısında cavab verməlidirlər. Bəşəriyyətin gələcəyi üçün zəruri olan ədalət naminə səylərimizi birləşdirməliyik ki, belə vəhşiliklər bir daha törədilməsin”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir