Bakıda evdən oğurluq edən yeniyetmə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsindəki evlərin birindən seyfdən 7 500 manat pul və 17 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az