“Qarabağ” Respublika stadionuna qayıdır

Dünya


“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HIK klubuna qarşı keçirəcəyi ilk oyunun başlama saatı və məkanı məlum olub.

UEFA-nın saytının yaydığı məlumata görə, matç avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Komandalar arasındakı cavab oyunu bir həftə sonra Finlandiyada olacaq.

“Qarabağ” Çempionlar Liqasının ilk iki təsnifat mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirib.

www.102info.az