Bakıda usta hündürlükdən yıxılıb.
APA xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən restoranlardan birində qeydə alınıb.
Restoranın ikinci mərtəbəsinin tavanında təmir işləri görən 1996-cı il təvəllüdlü Xaliq Mirzəzadə taxta konstruksiyanın üzərindən yerə yıxılıb.
Nəticədə o, ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az