Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.
2007-ci il təvəllüdlü Nihad Əlizaman oğlu Abbasov dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az