Azərbaycanın Xalq artistinin xanımı Nyu-Yorkun Metropolitan Operasını məhkəməyə verib

Mədəniyyət


Rusiya və Avstriyanın opera müğənnisi Anna Netrebko Nyu-Yorkun Metropolitan Operasını məhkəməyə verib.

Məlumata görə, o, ləğv edilən tamaşalara görə 360 min dollar təzminat tələb edib.

İddianın Nyu-Yorkun Cənub Dairəsinə verildiyi bildirilir. Müğənninin sözlərinə görə, 2024-25-ci illər üçün nəzərdə tutulan tamaşaları ləğv edən teatr rəhbərliyi Netrebko ilə müqaviləni pozaraq ona qarşı milli mənsubiyyətinə görə ayrı-seçkilik edib.

İddiada aydın olur ki, teatrın direktoru Piter Qelbin açıqlamaları ictimaiyyətin Netrebkoya münasibətinə mənfi təsir göstərib, o cümlədən ona qarşı etirazlara səbəb olub. Bundan başqa, bildirilir ki, Metropoliten Operası rəhbərliyinin ifaçıdan Rusiya hakimiyyət orqanlarının dəstəyindən imtina etməsi tələbi müğənninin vətənində də tənqidlərə səbəb olub.

Netrebko bildirib ki, teatr rəhbərliyinin hərəkətləri onu Nyu-Yorkdakı mənzilini sərfəsiz satmağa məcbur edib və ona xeyli mənəvi ziyan vurub.

Xatırladaq ki, Anna Netrebko Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, tenor Yusif Eyvazovun həyat yoldaşıdır.

Mənbə: Associated Press

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir