Türkiyənin ölkəmizdə yeni səfiri: “Biz köklü dostluq və qardaşlıq ruhunda sevgi ilə işləyəcəyik” – FOTO

Siyasət

Biz köklü dostluq və qardaşlıq ruhunda sevgi ilə bir işçi arı kimi işləyəcəyik.

Oxu.Az-ın məlumatına görə, bunu Cahit Bağçı Türkiyənin ölkəmizdə yeni səfir təyin edilməsinə münasibət bildirərkən deyib.

Diplomat onu bu şərəfli vəzifəyə layiq bilən prezident Rəcəb Tayyib Ərdoğana, həmçinin dəstəyi üçün XİN rəhbəri Mövlud Çavuşoğluna təşəkkürünü bildirib.

“Allah bizə vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib etsin. Cəhd ilə bismillah”, – deyə səfir özünün “Twitter” hesabında vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir