Bakının Nərimanov rayonunda 34 yaşlı qadın qətlə yetirilib.
Bu barədə Oxu.Az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, avqustun 5-i saat 19 radələrində Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı müəyyən olunub.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd olunub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Nəticə barədə əlavə məlumat veriləcək.
www.102info.az