Rusiya Ukraynanı “Kalibr” və “Kinjal” raketlərilə vurdu

Dünya


Şənbə günü axşam demək olar ki, bütün Ukrayna ərazisində hava xəbərdarlığı elan edilib. Belə ki, Rusiya qoşunları Qara dənizdən Ukraynaya “Kalibr” qanadlı raketlərlə zərbə endiriblər.

Bu barədə, Ukrayna ordusunun Cənub Əməliyyat Komandanlığı bildirib.

Məlumata görə, şənbə günü Rusiya Qara dənizdə raketdaşıyıcıların rotasiyasını həyata keçirib və “Kalibr”lərin sayını iki dəfə artırıb.

Bundan əlavə, Ukrayna Hərbi Hava Qüvvələri Tambov vilayətindən Ukraynaya “Kinjal” aeroballistik raketlərinin buraxıldığını açıqlayıb.

Mənbə: dw.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir