Netanyahu məhkəmə islahatları üzrə güzəştlərə razılaşıb

Dünya


İsrailin Baş naziri Benyamin Netanyahu avqustun 6-da “Bloomberg” agentliyinə müsahibəsində koalisiya hökumətinin mübahisəli məsələlərdə, o cümlədən məhkəmə islahatları ilə bağlı müxalifətə güzəştə getməyə hazır olduğunu bildirib.

Məhkəmə islahatları ilə bağlı suala cavabında B.Netanyahu deyib ki, həssas məsələlərdə balansı gözləmək lazımdır.

Baş nazir vurğulayıb ki, o, məhkəmənin həddindən artıq “aktiv” gücü və ya qanunverici orqanın “məhkəmə tərəfindən qəbul edilmiş hər hansı qərarı ləğv etmək” qabiliyyəti kimi ifrat məqamlardan qaçmaq istəyir.

B.Netanyahu bəyan edib ki, əvvəlcə nəzərdə tutulan islahat tam həcmdə həyata keçirilməyəcək və hökumət hazırda digər addımlardan imtina edərək, yalnız hakimlərin seçimi komitəsinin tərkibinin dəyişdirilməsi üzərində işləmək niyyətindədir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir