Bacısı qızını öldürən şəxs yenidən hakim qarşısına çıxır

Kriminal


Göyçayda bacısı qızını boğaraq öldürməkdə təqsirləndirilən Vüqar Bədəlovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses avqustun 9-na təyin edilib.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə də şikayəti təmin etməyib.

Qeyd: Hadisə 2021-ci il mayın 9-u saat 06 radələrində Göyçay rayonu, Bığır kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Məmmədova dayısı V.Bədəlov tərəfindən yastıqla boğularaq qətlə yetirilib. İttihama görə, dayı bacısı qızını namus üstə öldürüb. Belə ki, F.Məmmədova nişanlı olub. Lakin o, sonradan nişanlı ola-ola evdən qaçıb və yenidən evə qayıdıb. Hadisə günü F.Məmmədova evdə ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıb. V.Bədəlov da bacısı qızının bu hərəkətlərinə irad bildirib. F.Məmmədova isə onu nalayiq ifadələrlə təhqir edib və dayısına əhəmiyyət vermədən yenidən telefonla danışmağa başlayıb. Daha sonra V.Bədəlov F.Məmmədova yatan zaman onu yastıqla boğaraq öldürüb. İstintaq orqanı tərəfindən V.Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırlatma: V.Bədəlov ifadəsində F.Məmmədovanın “TikTok” sosial şəbəkələrində bir çox videogörüntülərinin yayıldığını deyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir