Türkiyənin Adana şəhərində iki emal fabrikində yanğın baş verib.
Məlumata görə, yanğın yerli vaxtla saat 06:00 (Bakı vaxtı ilə 07:00 – red.) radələrində mərkəzi Seyhan rayonunda yerləşən sənaye sahəsindəki təkrar emal fabrikində başlayıb və qısa müddətdə obyekti mühasirəyə alan alov qarşı tərəfdəki digər təkrar emal fabrikinə keçib.
Qeyd edək ki, yanğının səbəbləri hələlik məlum deyil.
Mənbə: tgrthaber.com
www.102info.az